İRNA-nın siyasi sahə üzrə bölməsinin verdiyi məlumata görə, general-mayor Əmir Əli Hacızadə SEPAH-ın Baş komandanı general-mayor Hüseyn Səlami ilə telefon danışığında deyib: “Saat 12-də bütün işlər uğurla həyata keçirildi və Xuzistanın cənubundan İdlibdəki təkfirçi qruplaşma istiqamətində 4 ədəd Xeybərşekən atıldı.”
O, əlavə edib: “Kirmanşahdan 4 ədəd, Şərqi Azərbaycandan isə sionistlərin qərargahına 7 ədəd raket atıldı.”
SEPAH Aerokosmik Qüvvələrinin komandanı bildirib: “Yaxın saatlarda da 9-a yaxın raket təkfirçi və İŞİD terrorçularının ikinci qrupunu hədəfə alacaq.”
Sizin rəyiniz